Qarğıdalı bitkisi/Giriş

Qarğıdalı bitkisi

Torpağın əkinə hazırlanması

Azərbaycanın kənd təsərrüfatının əkinçilik sistemində məhsuldarlığına və çoxşaxəli istifadəsinə görə qarğıdalı əhəmiyyətli bitkilərindən hesab edilir. Qarğıdalı dənindən müxtəlif ərzaq (un, yarma, konserv) və sənaye (nişasta, spirt, şəkər, yağ və s.) məhsullarının hazırlanması, yaşıl gövdəsindən, dən və qıcalarından isə heyvandarlıqda qiymətli qüvvəli və şirəli yem kimi istifadə edilməsi, habelə taxıl və digər bitkilər üçün yaxşı sələf olunması onun əhəmiyyətini daha da artırır. Azərbaycanın nəmliklə təmin olunmamış dəmyə zonası istisna olmaqla qalan bütün regionlarda qarğıdalı əkib becərmək olar. Yüksək məhsul almaq üçün çox su tələb edilir. Qarğıdalının torpağa tələbkar olmasını nəzərə alaraq, onun həddindən artıq şoranlanmış və PH-ı 5 dən aşağı olan turş torpaqlarda əkilməsi məqsədə müvafiq hesab edilmir. Yüksək dən və yaşıl kütlə məhsuldarlığına nail qarğıdalı bitkisinin becərmə işləri vaxtında və keyfiyyətlə həyata keçirilməlidir.