Resept:Çörək kvası

Tərkibi

redaktə
  • Çörək – 0.5 kq,
  • su – 5 ml,
  • kişmiş – 1 x. q.,
  • şəkər – 200 q,
  • maya – 5 q.

Hazırlanma qaydası

redaktə

Çovdar çörəyini nazik dilimlərə doğrayıb, tünd-qəhvəyi rəng alana qədər qurutmalı.

Suyu qaynadıb, çörək suxarisini isti-isti suya tökməli. Gündə iki-üç dəfə qarışdırmaq şərtilə 2 gün saxlayıb, sonra ikiqat tənzifdən süzmək lazımdır.

Sıxılmış mayanı üzərinə yarım stəkan ilıq su tökməklə 20-25 dəq. saxlamalı və süzülmüş çörək suyunun üzərinə əlavə etməli. 1-2 gün saxlayıb qıcqırtdıqdan sonra kvası süzüb maya çöküntüsündən ayırır, lazım gələrsə süzür, qablara töküb, kişmiş və şəkər əlavə edilir.

Kvas soyuducuya qoyulur. 2-3 gündən sonra kvas içilmək üçün hazırdır.