Resept:Çaytikanı kiseli

Çaytikanı kiseliAzərbaycanda qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, eləcə də soyuq havalarda, müxtəlif məclislərdə, qonaq qəbul edildikdə və müalicə məqsədi üçün içilir.

Tərkibi

redaktə

Bu içkidən 4 pay hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır:

Çaytikanı – 100 q, şəkər – 100 q, kartof nişastası – 40 q, limon turşusu – 0,8 q, su – 760-800 ml.

Hazırlanma qaydası

redaktə

Çaytikanı giləmeyvəsini təmizləyin, yuyun və ağac döyəclə, çini və ya emalı qabda əzib, şirəsini stəkana töküb, soyuq yerə qoyun. Cecənin üzərinə su töküb 4-6 dəq. qaynadın və süzün. Alınmış məhlula şəkər əlavə edib, qaynayana qədər qızdırın və kəfin alın. Kartof nişastasını soyuq su ilə qarışdırıb, daim qarışdırmaq şərtilə qaynar kütləyə əlavə edin, sonra çaytikanı şirəsi qatıb, qaynayana qədər qızdırın. Hazır kiseli stəkanlara və ya formalara töküb, soyuq yerdə saxlayın.

Nişastanı soyuq çaytikanı şirəsi ilə də qarışdırıb, qaynar kütləyə əlavə etmək olar. Kiselin səthi qurumasın deyə üstünə toz-şəkər səpin.