Resept:Çiyələk kiseli
Çiyələk kiseli – Azərbaycanda qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, eləcə də soyuq havalarda, müxtəlif məclislərdə, qonaq qəbul edildikdə və müalicə məqsədi üçün içilir.
Tərkibi
redaktəBu içkidən 4 pay hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır:
Çiyələk – 100 q, şəkər – 100 q, kartof nişastası – 40 q, limon turşusu – 0,8 q, su – 760-800 ml.
Hazırlanma qaydası
redaktəÇiyələk giləmeyvəsini təmizləyin, yuyun və ağac döyəclə, çini və ya emalı qabda əzib, şirəsini stəkana töküb, soyuq yerə qoyun. Cecənin üzərinə su töküb 4-6 dəq. qaynadın və süzün. Alınmış məhlula şəkər əlavə edib, qaynayana qədər qızdırın və kəfin alın. Kartof nişastasını soyuq su ilə qarışdırıb, daim qarışdırmaq şərtilə qaynar kütləyə əlavə edin, sonra çiyələk şirəsi qatıb, qaynayana qədər qızdırın. Hazır kiseli stəkanlara və ya formalara töküb, soyuq yerdə saxlayın.
Nişastanı soyuq çiyələk şirəsi ilə də qarışdırıb, qaynar kütləyə əlavə etmək olar. Kiselin səthi qurumasın deyə üstünə toz-şəkər səpin.