Resept:Öz buğunda bişirilmiş kütüm
Tərkibi
redaktə- Kütüm – 1 kq.
- Soğan – 2 baş.
- Limon – 1 ədəd.
- Ərinmiş yağ – 0,5 stəkan.
- Kartof – 4 ədəd.
- Nar dənəsi – 60 qr.
- Yerkökü – 2 ədəd.
- Göyərti – zövqə görə.
- Duz – zövqə görə.
- İstiot – zövqə görə.
Hazırlanma qaydası
redaktəTəmizlənmiş kütüm yağda qızardılır. Ayrıca kartof bişirilir. Balıq və kartof tavaya yığılır, üzərinə sürtkəcdən keçirilmiş yerkökü, halqavarı doğranılmış soğan, duz, istiot və doğranılmış göyərti səpilir. Qalan yağın hamısı və 0,5 stəkan qaynar su da əlavə edilib, qapağı bağlı halda öz buğunda bişirilir.
Süfrəyə verilməsi
redaktəSüfrəyə veriləndə üzərinə təzə göyərti və nar dənələri səpilir.