Resept:Alma kiseli

Alma kiseliAzərbaycanda qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, eləcə də soyuq havalarda, müxtəlif məclislərdə, qonaq qəbul edildikdə və müalicə məqsədi üçün içilir.

Tərkibi

redaktə

Bu içkidən 4 pay hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır:

Alma – 180-240 q, şəkər – 100 q, kartof nişastası – 35 q, limon turşusu – 0,8 q, su – 740-760 ml.

Hazırlanma qaydası

redaktə

Təmiz yuyulmuş almanı dilim-dilim doğrayıb, pıcalını çıxardın. Sonra üstünə isti su töküb 15-25 dəqiqə bişirin. Alma bişib yumşaldıqda ələkdən keçirin, Alma püresini qaynar qazandakı suya töküb, şəkər, limon turşusu əlavə edərək bir burum qaynadın. Axırda üzərinə soyuq suda qarışdırılmış nişasta əlavə edin və qaynayana qədər qızdırın. Hazır kiseli qablara töküb, soyuq yerdə saxlayın, səthi qurumasın deyə üstünə toz-şəkər səpin.