Resept:Ballı ayran
Ballı ayran - Azərbaycanda qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, eləcə də isti günlərdə toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə və başqa şadyanalıqda susuzluğu ardan qaldırmaq üçün içilir.
Tərkibi
redaktəBu içkidən 1 litr hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır:
Ayran- 1 litr və ya qatıq – 600 ml, su - 400 ml, bal - 100 q.
Hazırlanma qaydası
redaktəAyrana bal əlavə edilir, qarışdırlır, soyudulur və süfrəyə verilir. Qatıqdan hazırladıqda, üzərinə qaynadılıb soyudulmuş su tökülr, bircinsli maye alınana qədər qarışdırılır (bəzən çalınır və üzərinə bal əlavə edilib soyudulir).