Resept:Həvəskar qutabı

Tərkibi

redaktə
  • Xammalların miqdarı ət qutabında olduğu kimidir:
  • Qoyun əti - 108q,
  • baş soğan - 20q,
  • lavaşana - 15q və ya nar - 20q,
  • buğda unu - 110q,
  • ərinmiş yağ - 30q,
  • sumaq - 3q,
  • istiot, duz.

Əlavə olaraq qoyun qarnı və bağırsağı - 150q.

Hazırlanma qaydası

redaktə

Emal olunmuş qoyun qarnı və bağırsağını qaynar suda pörtüb soğanla ətçəkən maşından keçirirlər. Qiyməyə lavaşana və nar dənələri əlavə edib xəmir dairələrinin içinə qoyulur və aypara şəklində bükülür. Qutabın hər iki üzü yağda qızardılır. Sumaq ayrıca verilir.