Resept:Qozlu-südlü içki

Qozlu-südlü içki - Azərbaycanda qida qəbulundan(əsasən nahar və şam yeməyindən) sonra, eləcə də toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə və başqa şadyanalıqda içilir.

Tərkibi

redaktə

Bu içkidən 1 litr hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır:

Qoz ləpəsi - 150 q, süd - 650 ml, şəkər – 120 q, su – 1 litrə qədər.

Hazırlanma qaydası

redaktə

Qoz ləpəsi xırda üyüdülür ( yaxşı olar ki həvəngdəstədə döyülsün), süd qaynadılır, üzərinə qoz kütləsi, qaynadılmış su və şəkər əlavə edilir. 10- 15 dəq. zəif qaynadılır, soyudulub süfrəyə verilir. Qidalı içki olub, zəif düşmüş xəstələr üçün də faydalıdır.