Resept:Zoğal kiseli
Zoğal kiseli – Azərbaycanda qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, eləcə də soyuq havalarda, müxtəlif məclislərdə, qonaq qəbul edildikdə və müalicə məqsədi üçün içilir.
Tərkibi
redaktəBu içkidən 4 pay hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır:
Zoğal – 125 q, toz-şəkər – 100 q, kartof nişastası – 40 q, limon turşusu – 0,4-0,8 q, su – 740-760 ml və ya 3 nazik stəkan.
Hazırlanma qaydası
redaktəZoğalı təmizləyib yuyur, üzərinə su töküb 7-10 dəq. yumşalana qədər bişirir, suyunu süzüb, başqa qaba tökürlər. Qalan zoğal meyvəsini əzib, ələkdən keçirir və yenidən süzülmüş suya qatırlar. Bura, şəkər və limon turşusu töküb, qaynayana qədər qızdırır, sonra soyuq suda qarışdırılmış nişasta əlavə edib, kisel hazır olunca bişirirlər. Stəkan və formalara töküb, soyuq yerdə saxlayır, üzərinə qurumasın deyə toz-şəkər səpirlər.