SQL (Structured Query Language, Azərbaycanca Struklaşdırılmış sorğu dili) - əlaqəli verilənlər bazasının idarə sistemlərini (ing. relational database management systems (RDBMS)) idarə etmək üçün istifadə olunan sorğu dilidir. SQL programlaşdırma dili olmamasına baxmayaraq bir çoxları tərəfindən proqramlaşdırma dili olaraq bilinir.

SQL 70-ci illərdə IBM tərəfindən yaradılmışdır. İlk versiyası SEQUEL (Structured English Query Language) adlanırdı (İngilis sintansisə malik SEQUELden əvvəl riyazi sintaksisə malik SQUARE dili var idi.). SEQUEL adı sonradan SQL adı ilə əvəz olundu, çünki "SEQUEL" Böyük Britaniyada hava şirkətinin əmtəə nişanı idi.

Sorğular

redaktə

Verilənləri cədvəldən almaq üçün SQL-də sorğulardan istifadə olunur. Sorğular SELECT əmri ilə başlanır. Sorğularda hansı tip veriləni almaq istədiyini göstərmək olur. Verilənin hansı cədvəldən alındığını FROM əmri ilə göstərilir. Cədvəldən bütün verilənləri almaq üçün ulduzdan (*) istifadə olunur. Məsələn:

SELECT * FROM cedvel

Digər idarə edici açar sözlər:

  • WHERE
  • GROUP BY
  • HAVING
  • ORDER BY
  • JOIN

Həmçinin Bax

redaktə

Xarici keçidlər

redaktə