Hörmətli VikiKitab istifadəçiləri! Vikidostlarımın təklifi ilə VikiKitab layihəsində öz idarəçiliyə namizədliyimi irəli sürmək qərarına gəldim. Bu layihədə bacardığım qədər fəal olmağa çalışacam. Hörmətlə,--Irada07:04, 17 fevral 2011 (UTC)[cavabla]
Səsvermə 17 fevral 2011 (Vikipediya vaxtı ilə saat 07.00) - 03 mart 2011 (Vikipediya vaxtı ilə saat 07.00) tarixləri arasında keçirilir
Burada işlər yalnız sizlərin dəstəyi ilə qaydasında ola bilər. Əgər idarəçi seçilsəm, çox xahiş edirəm mənə yardımçı olasınız, Hörmətlə, --Irada07:29, 17 fevral 2011 (UTC)[cavabla]
Layihədə hələ idarəçi olmadığına görə xahiş edirəm ki, səslərin sayılması lap axıra saxlanılsın. İndilik səs verən heç bir istifadəçinin adının üstündən xətt çəkilməsə yaxşıdır.--Sortilegus15:20, 19 fevral 2011 (UTC)[cavabla]
VikiMənbə, VikiKitab və digər layihələrdə səs verənlərin çoxunun səsi etibarsız sayıla bilər. Belə ki, bu layihələrdə bir çox istifadəçilərin redaktələrinin sayı çox azdır . Amma digər tərəfdən bu layihələrdə qaydalar rəsmi olaraq qəbul edilmədiyinə görə, məncə Vikipediyada fəal istifadəçilərin (200-dən artıq redaktəsi olanların) səsləri burada sayılsa daha düzgün olar. xahiş edirəm hamı fikrini bildirsin. Çünki mən bilmirəm, bəzi istifadəçilərin adlarının üzərindən xətt çəkim ya çəkməyim. Sortilegus dediyi kimi indidən xətt çəkməsək qorxuram sonda mübahisə yaransın. --Irada19:04, 19 fevral 2011 (UTC)[cavabla]
Məncə burada demək olar ki hamı bir-birini tanıdığına görə, səslər sayıla bilər. Məsələn, metada səsvermə zamanı ümumi redaktələr götürülür, bizdə də Azvikinin digər layihələri üzrə səsvermə hüququ olanlarının səsi sayılması doğru hesab edilə bilər. Bunu qanuni şəklə də salmaq olar.Vago07:26, 21 fevral 2011 (UTC)[cavabla]
Lazımi səs yığılıb. Irada-nı idarəçi seçilməsi münasibətilə təbrik etmək olar. Hər 4 layihədə keçirilən səsvermələri təftiş etdikdə görünür ki, Azərbaycan dilində olan vikipediyanın ən fəal üzvləri bu layihələrdəki namizədləri dəstəkləyib. Amma bu fəal üzvlərin bəzilərinin redaktə sayı azdır. Bununla belə Vikipediyadan başqa digər heç bir layihədə səsvermə qanunları işlənib tətbiq edilmədiyinə görə Vikipediyanın bütün fəal üzvlərinin verdiyi səslər etibarlı sayılır. Bu hesabla idarəçi seçkisi baş tutmuş hesab edilir (10 istifadəçi səsi tələbi də var) və namizədin lehinə 11 istifadəçinin verdiyi səs qeydə alınır. Mən 1-2 günə stüardlardan birinə Iradaya idarəçi statusu verilməsi üçün müraciət edəcəm. Hörmətlə:Sortilegus19:46, 3 mart 2011 (UTC)[cavabla]
Lehinə VikiKitabda inşəAllah ki, yeni və daha uğurlu era başlanır. Hər iki istifadəçi digər vikilayihələrdə nümunəvi fəaliyyətləri ilə rəğbət qazanmış istifadəçilərdir. Xeyirli uğurlu olsun inşəAllah.--Samral (müzakirə) 05:42, 20 avqust 2015 (UTC)[cavabla]
İlk dəstək məndən gəlsin. Araz müəllimin fəaliyyətinə bələdəm. Etibarlı, güvənilir bir istifadəçidir. Onun Vikikitabda idarəçi seçilməsi yalnız və yalnız bu layihənin sürətli inkişafına səbəb olacaq ki, bu da ümumi işin xeyrinədir. --►Cekli82912:05, 19 avqust 2015 (UTC)[cavabla]
Lehinə VikiKitabda inşəAllah ki, yeni və daha uğurlu era başlanır. Hər iki istifadəçi digər vikilayihələrdə nümunəvi fəaliyyətləri ilə rəğbət qazanmış istifadəçilərdir. Xeyirli uğurlu olsun inşəAllah.--Samral (müzakirə) 05:43, 20 avqust 2015 (UTC)[cavabla]
Vikikitabda istifadəçilərin aktivliyinin çox aşağı olmasını əsas tutaraq, səsvermədə verilən bütün səsləri etibarlı hesab edərək, cəmi 10 səs, o cümlədən lehinə - 10, əleyhinə - 0, bitərəf - 0 səs olmaqla, istifadəçilər Cekli829 və Araz Yaquboglu Vikikitabda idarəçi seçildilər.— Bu imzasız yazı Wertuose (müzakirə • fəaliyyət) tərəfindən əlavə edilmişdir. 09:35, 8 sentyabr 2015
Hörmətli həmkarlar. Məlumunuz olsun ki 1 həftə sonra Cekli və mənim Vikikitabda 1 illik idarəçilik statusumuzun vaxtı bitir. Bu seçkini keçirməsək yenə də Vikikitab idarəçisiz qala bilər. Əgər məsləhətdirsə yenə də ötən 1 ildəki idarəçilik fəaliyyətimizi davam etdirək. Kimlərin başqa təklifləri varsa qeyd edin və ya metaya müraciət edin ki, nəzərə alınsın. --Araz Yaquboglu (müzakirə) 14:08, 31 avqust 2016 (UTC)[cavabla]
Lehinə Araz müəllim kifayət qədər faydalı fəaliyyətlə məşğuldur. Vikikitabın inkişafında onun böyük zəhməti var. İdarəçi kimi də işinin öhdəsindən layiqincə gəlir. Ona görə də idarəçilik fəaliyyətini davam etdirməsində heç bir problem görmürəm. Uğurlar! --►Cekli82917:38, 31 avqust 2016 (UTC)[cavabla]
Lehinə İşinə məsuliyyətli və cavabdeh bir insandır. Öhdəsinə götürdüyü bütün işlərin öhdəsindən layiqincə gəlir. İnanıram ki, etimadımızı layiqincə doğruldacaq. --Sultan11 (müzakirə) 18:21, 31 avqust 2016 (UTC)[cavabla]
Qəbul edildi Azərbaycanca Vikikitabda istifadəçi aktivliyinin aşağı olmasını nəzərə alaraq səsvermədəki səsləri etibarlı hesab edərək Araz Yaquboglu Azərbaycanca Vikikitabda idarəçi seçilmişdir. --►Cekli82907:32, 24 sentyabr 2016 (UTC)[cavabla]
Hörmətli həmkarlar. Artıq iki ildir ki, Cekli və mən Vikikitabda ard-arda 2 dəfə 1 illik idarəçilik statusu almaqla burada fəaliyyət göstərmişik. Hal-hazırda AzVikikitabda idarəçi yoxdur. Bu seçkini keçirməsək problemlər yaşaya bilərik. Əgər kimisə məsləhət bilirsizsə təkliflərinizi edin. Mən isə yenə də Cekli ilə ötən 2 ildəki idarəçilik fəaliyyətimizi davam etdirmək istəyirəm. Ona görə də səsverməni başladıram və sizləri də səsvermədə iştiraka dəvət edirəm. --Araz Yaquboglu (müzakirə) 08:16, 28 sentyabr 2017 (UTC)[cavabla]
Araz Yaquboglu, bir dəfə də demişdim. Mən azvikidə olanda mənə başqa dildə olan vikilərdən və başqa vikilayihələrdə olan bildirişlər gəlmir. Ancaq enviki, trviki və ya başqa vikiyə keçsəm görürəm ki, bildiriş var. Azvikidə olanda ancaq azvikinin bildirişləri görsənir.--Samral (müzakirə) 07:24, 5 oktyabr 2017 (UTC)[cavabla]
Lehinə Dəyərli həmkarım Araz müəllim həqiqətən də bu layihəyə çox böyük enerji sərf edib. Azərbaycandilli istifadəçilər arasında Vikikitabın fəlsəfəsini dərk edib, tətbiq edən məhdud sayda istifadəçi var ki, əminliklə deyərdim ki, onlardan məhz birincisi Araz müəllimdir. --►Cekli82910:34, 28 sentyabr 2017 (UTC)[cavabla]
Lehinə - Uğurlar Sizə dəyərli Araz müəllim. Siz bu sorğunu heç keçirmədəndə idarəçi ola bilerdiniz. Bizim size ses vermeyimiz belə utancvericidir. Uğurlar Size. --A.Aida88 (müzakirə) 11:36, 7 oktyabr 2017 (UTC)[cavabla]
Namizədliyimi verməyimin səbəbi burada idarəçi olmadığı üçündür. Əgər idarəçi olsam buranı nəzarətdə saxlayacam və bəzi texniki səhifələr üzərində işləyəcəm.
Səsvermə 4 - 19 dekabr 2018 tarixləri arasında keçirilir (Bakı vaxtı ilə 19 dekabr saat 23:59-da səsvermə dayandırılır)
Hamıya salamlar. Qeyd edim ki, bu layihədə daha əvvəl də 2 dəfə - 06.09.2015 – 06.09.2016 və 27.09.2016 – 27.09.2017 tarixlərində idarəçi olmuşam. Son dövrdəki əsas fəaliyyətim Azərbaycan poçt markalarının kataloqunun hazırlanması olub. Sırf bu layihə sayəsində 1200-dən çox məqalə xarakterli yeni səhifə yaratmışam və hazırda bu layihədə təkmilləşdirmə işlərini davam etdirirəm. Onu da deyim ki, bu layihə ilə Vikikitab 3000 məqalə həddini keçərək bütün "WikiBooks" sırasında 20-ci pillədən 16-cı pilləyə yüksəlib. Bu layihənin davamı kimi bir zamanlar başlatdığım Dünyanın poçt markalarının kataloqunu da inkişaf etdirməyi planlaşdırıram. Eyni zamanda Vikikitabda müxtəlif vaxtlardan da yığılıb qalımış bir sıra problemlər var ki, onları da qaydaya salmaq lazımdır. Bütün bu işləri görmək üçün bir sıra texniki problemlərin həllində idarəçilik statusuna ehtiyacım var. Qeyd etdiklərimi nəzərə alaraq, Vikicəmiyyətdən yenidən idarəçi seçilməyim üçün dəstək istəyirəm. --►Cekli82911:47, 1 aprel 2019 (UTC)[cavabla]
Səsvermə 1 - 15 aprel 2019 tarixləri arasında keçirilir (Bakı vaxtı ilə 15 aprel saat 23:59-da səsvermə dayandırılır)
Hörmətli NMW03 və Araz Yaquboglu, dəstəyiniz üçün təşəkkürlər! NMW03, sualınıza cavab olaraq bildirim ki, problemlər ilk növbədə sırf texniki problemlərdir. Xüsusilə ad dəyişmələr zamanı təmizlik işlərinin görülməsi, tarixçələrin birləşdirilməsi, Xüsusi səhifələrdə idarəçi tərəfindən həll edilməsi gözlənilən məsələlər və s. Məsələn, bu keçiddə olan səhifələr təftiş edilməli və əksəriyyəti silinməlidir. Bundan başqa Ana Səhifədə də yeniliklər və təkmilləşdirilmə işləri aparılmalıdır. --►Cekli82917:25, 1 aprel 2019 (UTC)[cavabla]