VikiKitabın loqotipi

Vikikitab (http://az.wikibooks.org/) — virtual layihəsi (http://wikibooks.org) elektron kitabların («e-books») hazırlanması layihəsidir. İdeyaya görə azad tərtib edilən kitabların və dərsliklərin xüsusi yeri olmalıdır. Burada toplanan informasiya əsasən tələbələr, müəllimlər, mütəxəssislər, tədqiqatçılar üçün nəzərdə tutulmuşdur. Hal-hazırda bu layihədə həcmcə böyük olmayan məqalələr də mövcuddur, lakin gələcəkdə informasiya çoxaldıqca onların bir yerə yığılaraq kitab halında təqdim olunması gözlənilir. 60 dildə fəaliyyət göstərir. 2011-cu ilin sentyabr ayına olan məlumata əsasən ən çox kitab ingilis dilindəki bölmədədir.

Vikikitab layihəsi ilk dəfə ingilis dilində 10 iyul 2003-cü ildə Vikimedia Fondu tərəfindən yaradılmışdır.

Hal-hazırda Vikikitab layihəsi müxtəlif dillərdə, eləcə də Azərbaycan dilində fəaliyyət göstərir. Vikipediyada olduğu kimi burada da İngilis dilli Vikikitab məqalələrin sayına görə birincidir.

Xarici keçidlər redaktə

Vikianbarda Giriş ilə əlaqəli mediafayllar var.