Vikikitab:Səsvermə
Qayda səsvermə nəticəsində qəbul edilməmişdir.
Səsvermə müddəti:
Qüvvədədir:
Bu səhifədə səsvermə qaydaları barədə məlumat ala bilərsiniz.
İstifadəçilərin səsvermə hüquqları
redaktə1. Azərbaycan dilində fəaliyyət göstərən Vikikitabdakı səsvermələrdə ancaq qeydiyyatdan keçmiş istifadəçilər iştirak edə bilər.
2. Qeydiyyatdan keçmiş istifadəçinin hər hansı bir səsvermədəki səsinin etibarlı sayılması üçün aşağıdakı şərtlərdən ən azı biri yerinə yetirilməlidir:
a) İstifadəçi səsvermənin başlandığı tarixdən ən azı 30 gün əvvəl Vikikitabda qeydiyyatdan keçmiş olmalı və bu tarixədək ən azı 30 redaktə etmiş olmalıdır.
b) Vikikitabda səsvermə zamanı müzakirələrdə iştirak edənlər bu layihədə minimum 10 redaktə etməlidirlər.
Qeyd: İstifadəçi səhifəsi, istifadəçi müzakirəsi və kiçik redaktələr yuxarıda nəzərdə tutulmuş redaktələrə aid deyil.
Səsvermənin nəticələrinin hesablanması
redaktəSəsvərmə sonunda qərar alınması üçün sadə çoxluq, yəni 50%+1 miqdarında səs kifayətdir. Burada iki hal istisnadır:
1) İdarəçi seçkisində idarəçi namizədi ən azı 10 səs almalı və istifadəçiyə qarşı səsverənlərin sayı ümumi səsverənlərin 1/3-ni keçməməlidir. Əks halda istifadəçi seçilməmiş sayılır. İstifadəçi səsvermənin sonunda sadə çoxluq ilə irəlidə olarsa səsvermə müddəti əvvəlki səsvermə müddətindən çox olmamaq şərti ilə, bir dəfə artırılır və istifadəçi artırılmış vaxtda lazımi miqdarda səs ala bilməmişsə uduzmuş hesab edilir.
2) Status-kvonun dəyişilməsi ilə bağlı səsvermələrdə səsvermədə iştirak edənlərin ən azı 2/3-si müsbət rəy bildirməlidir (neytral səslər cəmi səsə daxildir).
Əvvəlcədən elan olunmuş müddət sonunda lazımi miqdarda səslərin toplana bilməməsi halında səsvermə baş tutmamış sayılır və hər hansı istifadəçinin istəyinə bağlı olaraq, həmin və ya başqa müddətdə olmaq üzrə təkrarlana bilər. İdarəçi seçimi üçün aparılan səsvermələrdə hər bir istifadəçi 3 dəfə namizədliyini irəli sürə bilər. İdarəçi seçilmiş və sonradan üzürlü səbəblərdən bu statusdan çıxmış şəxslər həmçinin namizədliyini 3 dəfə verə bilər.
Qeyd: səsləri nəzərə alınmayan istifadəçilərin sayı ümumi səsverənlərin sayına aid edilmir.
Səsvermə müddəti
redaktəBütün səsvermələr mövzudan asılı olaraq 1 həftə, 15 gün və ya 1 ay müddətinə keçirilir. Bu müddət səsverməni açan istifadəçi tərəfindən müəyyən olunur və açıq şəkildə elan edilir.
İdarəçi namizədliyi barədə
redaktəSəsvermə hüququ olan bütün istifadəçilər aşağıdakı şərtlər daxilində öz namizədliklərini irəli sürə bilərlər:
a) Qeyri-müəyyən müddətə və ya 3 dəfədən daha artıq bloklanmış istifadəçilər istisna olmaqla, əvvəllər blok almış istifadəçilərin, aldıqları blokun müddətinin bitməsindən 6 ay sonra və alınmış blokun səbəblərini başa düşdüklərini və buna səbəb olmuş hərəkətlərə bir daha yol verməyəcəklərini bəyan etdikləri təqdirdə, idarəçi seçilmək üçün namizədlikləri irəli sürülə bilər.
b) Namizədlik irəli sürüldükdən sonra yuxarıda göstərilmiş qayda pozularsa, bu bənddə göstərilmiş şərtin yerinə yetirilmədiyi hesab olunur və idarəçi seçkisi etibarsız sayılır.