Vikiuşaq:Ana dili/Tapmacalar

Ovun alsan mırıldar,
Sığallasan xoruldar.
(pişik)
 


Bağda görünər gəzər,
Az-az görünər gəzər,
Oxşayır bir yumağa
Qorxuram əl vurmağa.
(kirpi)
 


O yanı qaya, bu yanı qaya
İçində sarı maya
(yumurta)

Taxtadan düşdü tap elədi
Gülsənəm onu hop elədi
(siçan)


O yanı taxta, bu yanı taxta
Şaqqulu bəy otaqda
(QOZ)


Həmçinin bax

redaktə