Vikiuşaq:Heyvanlar aləmi/Quşlar
Quşlar onurğalıların ön ətrafları qanad şəklində olan lələkli, yumurtlayan, istiqanlı onurğalılar nümayəndələridir.
Yer kürəsində 9800-dən artıq növü yaşayır. Adətən quşlar uçmaq qabiliyyətləri ilə xarakterizə olunsa da, pinqvin, dəvəquşu və s. kimi uça bilməyən quşlar da mövcuddur.
Quşlar yumurta qoymaqla çoxalırlar. Quşların növündən asılı olaraq yumurtalar müxtəlif rəngdə və ölçüdə olur. Payız və yaz fəsli həm də quşların köçü ilə yaddaşlarda qalıb. Durnalar bu mənada daha məhşurdur.
Pinqvin
redaktəPinqvinlər Cənub Qütbü, Yeni Zelandiya, Avstraliya, Cənubi Amerika, Cənubi Afrika sahillərində yaşayırlar.
Qanadları inkişaf etməyib, ona görə də uça bilmirlər, lakin yaxşı üzürlər. Dənizdə tutduqları kiçik balıqlarla qidalanırlar. Pinqvinlərin 17-yə qədər növü vardır. Ölçüləri 30 sm.-dən 105 sm.-ə qədər olur.
Pinqivinlərin bədənlərinin böyük bir hissəsi su keçirməyən tüklərlə örtülüdür. Bu tüklər vasitəsiylə o soyuqdan qorunur. Dərilərinin altında olan qalın yağ təbəqəsi şaxtalı havalarda və soyuq suda istiliyi bədəndə saxlamağa kömək edir.
Pinqvinlər yumurtalarını ayaqlatrı üzərində, qarınlarının altında saxlayırlar. Pinqvinlər cütləşərkən öz taylarını bir dəfə seçirlər və bütün ömürləri boyu ona sadiq qalırlar. Tayı ölən pinqvin tək qalır və ömrünün sonuna kimi özünə yeni tay seçmir. Amma, bu məlumatlar bu qədər deyil ...
Tutuquşu
redaktəTutuquşu Orta və cənubi Amerikanın meşələrində yaşayır. Tutuquşular müxtəlif ölçülərdə və alabəzək rəngdə olur. Böyük tutuquşunun uzunluğu 1 metrə çatır. Tutuquşu 100 və daha çox il yaşaya bilir.
Tutuquşular eşitdikləri səsi təkrarlaya bilirlər. Onları bu qabiliyyətlərinə görə evlərdə saxlayır, müxtəlif sözlər öyrədirlər. Ən çox da "Ara" cinsindən olan quşlara danışmağı öyrədirlər.
Ördək
redaktəÖrdəklər iki çür olurlar: ev ördəkləri və çöl ördəkləri.
Ev ördəkləri çöl ördəklərindən uça bilməməsi ilə fərqlənir. Çöl ördəkləri dəniz və göllərin ətrafında yaşayır, balıqla qidalanırlar. Yuvasını qamışlıqlarda qurur.
Ördəklərin 150-yə yaxın növü məlumdur. Onları lələklərinin rənginə, dimdiyinin quruluşuna və ölçülərinə görə fərqləndirmək olur. Məsələn başında yaşıl tükləri olan ördəyi Azərbaycanda "Yaşılbaş sona" adlandırırlar. Qırmızı-narıncı tüklü, sarı-yaşıl başlı ördək isə "mandarin ördəyi" adlanır. Mandarin ördəyi Çində və Yaponiyada yaşayır. Avropaya 1830-cü ildə şəhər parklarını və gölləri bəzəmək üçün gətirilib.
Durna
redaktəDurnalar su ətrafında yaşayır. Afrika, Asiya, Amerika və Avropada geniş yayılmışdır. Durnaların boynu çox uzun olur. Uzun boyunları və uzun ayaqları suda üzən balıqları tutub yeməyə komək edir. Gözəlliklərinə görə onu dekorativ quş kimi də saxlayırlar.
Asanlıqla ələ öyrənirlər. Saatlarla suda bir ayağı üstündə dayana bilirlər. Müxtəlif növləri var: ağ durna, qara durna, kəkilli durna, bao durna, Amerika durnası, Hindistan durnası və s.
Həmçinin bax
redaktəTəbiət | |
---|---|
Heyvanlar aləmi | |
Bitkilər | |
Cansız təbiət |