Arıçılıq/Ailənin şan və yun təlabatı

Arıların alınması və daşınması Arıçılıq

Arıların birinci yaz yoxlanılması


Hər bir ailənin yaxşı hazırlanmış şan dəsti olmalıdır. Şan gözcüklər yem ehtiyatı üçün anbar və yeri nəslin yetişdirilməsi üçün beşik rolunu oynayır. Hər bir ailə üçün ən azı 10-12 ədəd yüksək keyfiyyətli çərçivə olmalıdır. Bir o qədər də şan ehtiyat olunaraq əsas bal yığımı dövründə istifadə etmək üçün ehtiyat saxlamaq lazımdır.

Arı ailələrinin yemi bal və güləmdən (çiçək tozu) ibarətdir. Arıların qış yemi və yaz üçün ehtiyat yemi mütləq ilk bal yığımından olmalıdır. Mövsümün sonunda toplanan balın keyfiyyəti aşağı olur. Pətəkdə istifadə olunmaq üçün qaralmış və keyfiyyətsiz şamlardan istifadə etmək olmaz. Ehtiyat şanları saxlayarkən xüsusi otaqlardan istifadə etmək məqsədə uyğundur.