Qarğıdalı bitkisi/Əsas gübrələr

Torpağın əkinə hazırlanması Qarğıdalı bitkisi

Toxumun seçilməsi

Qarğıdalı qida maddələrinə tələbkar bitkidir. Odur ki, qarğıdalı sahələrinə üzvi və mineral gübrələrin verilməsi zəruridir. Yüksək dən və yaşıl kütlə məhsulu əldə etmək üçün şum altına hər hektara 15-20 ton peyin, təsiredici maddə hesabı ilə 150-180 kq azot, 90-120 kq fosfor və 60-90 kq kalium gübrələrinin verilməsi məsləhət bilinir. Azot gübrələrinin 50 faizi səpinqabağı 30 faizi 3-4 yarpaq və 20 faizi gövdə əmələ gəlmə fazasında yemləmə şəklində fosfor və kalium gübrələrinin 70-80 faizi şum altında, 20-30 faizi isə gövdə əmələ gəlmə fazasında cərgə aralarına verilməlidir. Lakin, bu göstərilən rəqəmlər nisbidir. Əkin sahələrinə təlabata müvafiq miqdarda gübrə vermək üçün hökmən torpağın aqrokimyəvi təhlilinə, həmin sahədə əkilmiş sələf bitkilərinə və cari il üçün proqramlaşdırılmış məhsuldarlığa əsaslanmaq lazımdır.