Qarğıdalı bitkisi/Toxumun seçilməsi
←Əsas gübrələr | Qarğıdalı bitkisi |
Səpin→ |
Əkin üçün 1-3 reproduksiyalı hibrid toxumlardan istifadə edilməlidir. Toxumlar iri, bir boyda, sağlam, mütləq çəkisi ən yüksək, təmizliyi 98-99 faiz, cücərməsi minimum 87-92 faiz, nəmliyi isə 14 faiz olmalıdır. Toxumluq üçün normal inkişaf etmiş qıcaların orta hissəsindən yığılmış dənlərdən istifadə edilməlidir. Azərbaycanda VIR-42, Azərbaycan-3, Krasnodar-5 hibridlərinin, Yaxşılaşdırılmış Zaqatala və Ağ dişvari yerli sortların əkilməsi əlverişli sayılır. Hər hansı bir sortun toxumunu əkin üçün istifadə edərkən onun keyfiyyəti barədə sənədə (sertifikata) fikir verilməlidir.