Qarğıdalı bitkisi/Səpin
←Toxumun seçilməsi | Qarğıdalı bitkisi |
Vegetasiya suvarmaları və cərgəaralarının becərilməsi→ |
Qarğıdalı səpini SUPN-8 və SPÇ-6M maşınları ilə aparılmalıdır. Dən istehsal etmək üçün səpin norması hektara 20-25 kq, yaşıl yem və silos üçün isə 25-30 kq götürülməlidir. Səpin dən üçün 70х25 sm, silos üçün 70х20 sm sxemi ilə, torpaqda temperatur 10-12° olduqda və yaxud aprelin üçüncü ongünlüyünü mayın ortalarında aparılmalıdır. Toxumlar orta və yüngül mexaniki tərkibli torpaqlarda 8-10 sm, ağır mexaniki tərkibli torpaqlarda 4-6 sm, dəmdəyə isə 10-12 sm dərinliyə basdırılır. Azərbaycanda taxıl biçildikdən sonra kövşən yerinə qarğıdalı əkilməsi də müsbət nəticələr verir.