Vikiuşaq:Xəmir
Bu məqalə Vikiuşaq aləminə aiddir.
Xəmir — Un, su, maya, duz və s.-nin müəyyən nisbətdə qarışığından hazırlanır.Çörək-bulka, qənnadı və makaron və s. hazırlanması üçün istifadə olunur. Bulka və s. məmulatların dad və ətrini yaxşılaşdırmaq üçün xəmirə yağ, şəkər, yumurta və ətirli-ədviyyəli maddələr də qatılır. Xəmirini acıtmaq üçün ona quru, preslənmiş və ya duru maya, çovdar xəmirinə isə xəmrə əlavə edilir. Unlu qənnadı məmulatlarının əksəriyyətinin hazırlanmasında xəmirdə yumurta, süd, yağ, şəkər və s.-nin miqdarı çoxaldılır və ona maya vurmurlar. Azərbaycanda unlu şirniyyatının (şəkərbura, şorqoğalı, paxlava, kətə və s.) xəmiri xüsusi reseptlə və texnologiya ilə hazırlanır.