Vikikitab:İstifadəçi səhifəsi
Vikikitabda qeydiyyatdan keçmiş hər bir istifadəçiyə avtomatik iki səhifə verilir. Onlardan biri istifadəçinin şəxsi səhifsi, digəri isə müzakirə səhifəsidir.
İstifadəçi səhifəsi Vikikitabda kitab hesab edilmir, o, şəxsə istifadəyə verilmiş veb-fayldır. Bu faktı göstərmək üçün istifadəçi öz səhifəsinə {{İstifadəçi}} şablonu əlavə edə bilər.
İstifadəçi səhifələri Vikikitabın məqalə kateqoriyalarına daxil edilmir. Onlar yalnız "Vikikitab:İstifadəçilər" kateqoriyasında olan altkateqoriyalara daxil edilə bilər.
İstifadəçi səhifələrinə başqalarının baxmasına icazə verilir. İstifadəçinin icazəsi olmadan onun şəxsi səhifəsində (müzakirə səhifəsin də həmçinin) redaktə edilməsi etik hesab edilmir, bəzi hallarda isə vandalizm kimi qəbul edilir.
Öz istifadəçi səhifəsinin silinməsini istəyən istifadəçinin idarəçilərə müraciət etməsinə ehtiyac yoxdur. Səhifədə {{Sil}} şablonunun daxil edilməsi kifayətdir. Şablonu yalnız istifadəçinin özü daxil edə bilər. Bir müddətdən sonra idarəçi həmin şablona görə səhifəni siləcəkdir.
İstifadəçinin şəxsi səhifəsi
redaktə- xarici dili hansı səviyyədə bilməsi haqqında (bax:{{babel}});
- istifadəçi ilə necə əlaqə yarada bilməsi haqqında;
- vikitətildə və ya hər hansl səbəbə görə Vikikitabda olmadığı haqqında;
- yaşadığı və gəzdiyi ölkələr haqqında;
- müraciət forması haqqında;
- orfoqrafik və qrammatik səhvlərinin düzəlişi ilə bağlı;
- yaşı haqqında;
- təhsili haqqında;
- maraqları, hobbisi və elmi dərəcəsi haqqında;
- ixtisası haqqında;
- digər viki-layihələrdə iştirakı haqqında;
- Vikikitabdakı statusu haqqında (nəzarətçi, idarəçi, bürokrat və s.);
- hansı mövzularla müraciət etmək olar;
- Vikikitaba töhfələri haqqında;
- Vikikitabda mükafatları haqqında;
- Vikikitab ilə əlaqədar ən çox müraciət etdiyi informasiya və səhifələrin siyahısı;
- Vikimedia Fondunun faydalı məlumatlarına, Vikikitab ilə əməkdaşlıq edən digər saytlara keçidlər;
- İstifadəçinin digər dillərdəki şəxsi səhifələrinə yönəlmiş intervikilər.
İstifadəçinin müzakirə səhifəsi
redaktə- Müzakirə səhifəsində Vikipediyanın əsas prinsipləri gözlənilməlidir. Yəni istifadəçilər müzakirə apararkən neytrallıq, nəzakət və etik qaydalara riayət etməlidirlər;
- Müzakirələrdə təhqirə, hədə-qorxuya keçmək qadağandır! İstehza və qarşı tərəfin ləyaqətinin alçaldılması Vandalizm kimi qəbul olunur və müzakirəni bu müstəviyə çıxaran istifadəçi xəbərdarlıq edilmədən bloklanır!
- Başqalarının yazdıqları mətnin silinməsi və ya redaktəsi qəti qadağandır! İstifadəçi öz yazdığı mətndə redaktə ermək fikrindədirsə,
xətt çəküsulundan istifadə etməsi daha düzgündür; - Müzakirə səhifələrindəki mətn müəllif tərəfindən mütləq imzalanmalıdır!
- Müzakirə səhifələri forum və ya çat deyil! Odur ki, müzakirələr yalnız mövzu ətrafında aparılmalıdır;
- İstifadəçi öz müzakirə səhifəsində mövcud olmayan səhifələrə istiqamətləndirilmiş keçidləri ləğv edə və yaxud da mövzuya uyğun olaraq düzgün istiqamətləndirə bilər;
- İstifadəçi digər istifadəçilərin, həmçinin bütün müzakirə səhifələrində mövcud olmayan səhifələrə istiqamətləndirilmiş saxta keçidləri ləğv edə və yaxud da mövzuya uyğun olaraq düzgün istiqamətləndirə bilər.(bu bənddəki mətnlə üçüncü və altıncı bənddə yazılanlar arasında ziddiyyət olduğundan silinməsi gözlənilir);
- Müzakirələr zamanı başqalarının yazılarının silinməsi, dəyişdirilməsi saxtakarlıq kimi qiymətləndirilir və istifadəçi bu hərəkətinə görə bloklana bilər Bax:Vikikitab:Bloklama qaydaları;
- İstifadəçinin müzakirə səhifəsində özünün - artıq şərh verilmiş yazılarının mənalarının dəyişdirilməsi və gizlədilməsi, müxtəlif mətnləri keçmiş müzakirələrə daxil etməklə yanlış fikir yaradılması vandalizm kimi qiymətləndirilir və istifadəçi bu hərəkətinə görə bloklana bilər Bax:Vikikitab:Bloklama qaydaları;
- Müzakirələrdə əks tərəfin yazdıqlarını diqqətlə oxumaq vacibdir. Qarşı tərəfin müzakirəsini tam oxumadan müzakirənin davam etdirilməsi etik deyil Bax:Vikikitab:Etiket
- İstifadəçi hər hansı mübahisəli məsələdə və ya səsvermə zamanı fəal istifadəçilərin müzakirə səhifələrinə daxil olaraq təbliğat aparmamalıdır.
- Müzakirələr zamanı digər istifadəçilərin adlarının bilərəkdən dəyişdirilməsi, onların adından müzakirələrdə iştirak edilməsi, redaktələrin aparılması, eləcə də müzakirələrdə anonim iştirak edilməsi qəti qadağandır Bax:Vikikitab:Təhqir, təhdid və aqressiyaya yol verilməməlidir;
- Müzakirələrdə müəllif deyil, məqalə müzakirə edilməlidir. Etirazlar yalnız müzakirə olunan səhifədəki məsələlərlə bağlı olmalıdır;
- Müzakirələr zamanı istifadəçiyə təzyiq göstərmək, keçmiş müzakirələri yada salaraq Vikikitaba yaraşmayan ab-hava yaratmaq qadağandır və istifadəçinin bloklanmasına səbəb ola bilər Bax:Vikikitab:Təhqir, təhdid və aqressiyaya yol verilməməlidir.