Resept:Şazəndə plov
Düyü – 150q., ərinmiş yağ – 50q., yumurta – 2 əd., baş soğan – 100q., lumu turşusu – 0,5q., şəkər – 5q., zəfəran – 0,1q., darçın – 0,2q., istiot, duz. Soğan yağda qızardılır, lumu duzu və şəkər qatılır. Üstünə çalınmış yumurta əlavə edilib bişirilir. Düyüdən ayrıca plov hazırlanır. Süfrəyə verdikdə plovun üstünə qayğanaq qoyulur, yağ əlavə edilir.