Resept:Xam-döşəmə plov
Tərkibi
redaktə- Qoyun əti - 217 q
- düyü - 150 q
- ərinmiş yağ - 40 q
- kişmiş - 15 q
- qaysı - 15 q
- albuxara - 15 q
- xurma - 10 q
- şabalıd - 30 q
- qabaq - 100 q
- istiot - 0,1 q, duz
Hazırlanması
redaktəQuzu ətindən hər paya 2-3 sümüksüz tikə kəsib duz və istiot vurulur. Meyvə və şabalıd yağda bişirilir. Qazanın dibinə yağ töküb qaymaq əvəzinə dilim-dilim doğranmış qabaq, onun üstünə ət tikələri və meyvə-şabalıd qarışığı yerləşdirilir. Ayrıca bişirilmiş düyü onların üzərinə tökülür və zəif od üzərində dəmə qoyulur. Süfrəyə verilən zaman plov boşqaba çəkilir, yanına quzu əti, meyvə-şabalıd və qabaq qoyulur, üstünə yağ tökülür.