Resept:Ali müsəmbə plov

Tərkibi

redaktə

Bu plovu hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır:

  • Qoyun əti - 221q,
  • düyü - 150q,
  • ərinmiş yağ - 50q,
  • albuxara - 20q,
  • qara gavalı qurusu - 40q,
  • baş soğan - 50q,
  • darçın - 0,2q,
  • zəfəran - 0,1,
  • mixək - 0,05q,
  • istiot - 0,1q, duz.

Hazırlanma qaydası

redaktə

Qoyun əti paylıq tikələrə doğranıb yağda qızardılır, az miqdarda bulyon, yağda qızardılmış soğan, qara gavalı, albuxara və ədviyyat qatılıb öz buğunda bişirilir. Ayrıca bişirilmiş plov boşqaba çəkilir, üstünə öz şirəsi ilə birlikdə hazır ət qoyulur, yağ tökülür və darçın səpilir.