Resept:Qiymə-çığırtma plov

Tərkibi

redaktə
  • Qoyun əti - 165 q.
  • düyü - 150 q.
  • ərinmiş yağ - 50 q.
  • baş soğan - 30 q.
  • yumurta - 2 ədəd.
  • zəfəran - 0,1 q.
  • istiot - 0,5 q.
  • zövqə görə duz.

Hazırlanma qaydası

redaktə

Qoyun ətindən hazırlanmış qiymə yağda qızardılır, ayrıca yağda qızardılmış soğan qatılır, üstünə çalınmış yumurta vurulub qızdırığı şkafda bişirilir. Düyüdən ayrıca plov hazırlanır. Süfrəyə verildikdə boşqaba plov çəkilir, üstünə qiymə-çığırtma qoyulub yağ tökülür.