Resept:Fisincan plov

TərkibiRedaktə

  • Qoyun əti - 220q, və ya toyuq əti - 210q,
  • düyü - 150q ərinmiş yağ - 50q,
  • qoz ləpəsi - 50q,
  • nar - 50q, və ya narşərab - 15q,
  • lumu turşusu - 2q, və yaxud abqora - 15q,
  • baş soğan - 20q,
  • darçın - 0,2q,
  • zəfəran - 0,1q,
  • istiot - 0,1q, duz.

Hazırlanma qaydasıRedaktə

Toyuq əti tikələrə doğranır, duz və istiot vurulub qarışdırılır. Suda ərinmiş lumu duzu və ya abqora qara çığın tavada qaynadılıb doyülmüş qozun üstünə tökülür. Hazırlanmış toyüğa yağda qızardılmış soğan, qoz ləpəsi, azacıq bulyon, nar dənələri, darçın vurulub hazır olunca bişirilir.

Fisincanı ətdən hazırladıqda qoyun əti qiyməsindən küftəcilər yumurlanır, yağ-su qarışığında bişirilir və toyuq ətindən fisincanda olduğu kimi hazır vəziyyətə gətirilir. Düyüdən ayrıca plov hazırlanır.

Süfrəyə verilməsiRedaktə

Süfrəyə verdikdə boşqaba təpəcik şəklində düyü çəkilir, yanına fisincan və bir tikə qazmaq qoyub üstünə yağ tökülür.