Resept:Şirin plov
TərkibiRedaktə
- Düyü – 150 q,
- ərinmiş yağ – 50 q,
- kişmiş – 30 q,
- ərik qurusu (qaysı) – 30 q,
- şəkər – 40 q,
- qara gavalı qurusu – 30 q,
- buğda unu – 10 q,
- yumurta – 1/6 əd.,
- duz.
Hazırlanma qaydasıRedaktə
Meyvələr yağda şəkər əlavə etməklə qovrulur. Düyüdən yarımhazır vəziyyətdə plov bişirilir, meyvə ilə qarışdırılıb dəmə qoyulur. Süfrəyə verildikdə təpəcik şəklində boşqaba çəkilir, üstünə qazmaq və qara gavalı qurusu qoyulur.