Resept:Tər-çilov plov

Tərkibi

redaktə

Bu plovu hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır:

Cücə əti-300 q, düyü-150 q, kərə yağı-15 q, əridilmiş yağ-40 q, zəfəran-0,1 q, və tam üçün duz tökülür.

Hazırlanma qaydası

redaktə

Cücə təmizlənir, içalatı çıxarılır, ütülür və tikələrə doğranır, yaxud uzunlamasına yarı bölünür və ədviyyat vurulub tavada yağ içində qızardılır.

Düyüdən adi qaydada plov hazırlanır, sonra qazana yağ tökülür, qazmaq üçün düyü tökülür, qızardılmış cücə qoyulub düyünün qalan hissəsi qazana tökülür, üstünə yağ və zəfəran suyu çilənir, qazanın qapağı örtülüb dəm üçün zəif od üzərinə qoyulur.

Süfrəyə verilən zaman boşqaba təpəcik halda boşqaba çəkilir üstünə cücə qoyulur və yağ tökülür.