Resept:Şabalıdlı plov
Tərkibi
redaktəHazırlanma qaydası
redaktəDüyülər təmizlənir, duzlu ilıq suda yarım saat saxlanılır. Şabalıdlar seçilir, soyulur, hər şabalıd bir neçə parçaya bölünür. Plov bişiriləcək qazana duru yağ tökülür, bir az qızınca, şabalıdlar atılır, bir neçə dəfə orta temperaturda çevrildikdən sonra yuyulmuş, süzülmüş kişmiş əlavə olunur. Şabalıd və kişmiş birlikdə 5 dəqiqə qovrulduqdan sonra, yarım saat saxlanılmış, təmiz yuyulmuş və süzülmüş düyü qatılır. Bir neçə dəqiqə qovrulduqdan sonra, duz, sana yağı, istiot, qənd əlavə olunur. Üzərinə 2,5 stəkan su tökülür, ən axırda kərə yağı əlavə olunur. Əvvəlcə orta istilikdə sonra az istilikdə 20 dəqiqə bişirilir. Bişirmə vaxtı qurtarınca ocaq söndürülür, qazan ilə qapağı arasına kağız dəsmal qoyulur, yarım saat saxlanılır. Şabalıd və üzüm qovrulduqdan sonra yağı süzülüb alınır, dərin bir boşqabın altına şabalıd və üzüm yayıb, normal bişmiş plov üzərinə qoyulur.