Resept:Çoban-aşı
Tərkibi Redaktə
Bu plovu hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır:
Qoyun əti-150 q, düyü-80 q, kərə yağı-15 q, əridilmiş yağ-30 q, soğan-1 baş və tam üçün duz tökülür.
Hazırlanma qaydası Redaktə
Qoyun əti tikələrə doğranılır və yarıhazır vəziyyətə çatınca az miqdar bulyon süzülür və onun içində yuyulmuş düyü bişirilir. Düyünün tam bişməsinə 10-15 dəqiqə qalmış buna qoyun əti və yağda qızardılmış soğan, duz qatılıb çoban-aşı hazır olunca bişirilir.
Süfrəyə verilən zaman üzərinə yağ tökülür.