Resept:Alçalı-limonlu qovurma

ALÇALI-LİMONLU QOVURMA

Qoyun əti – 275 q, ərinmiş yağ – 30 q, baş soğan – 50 q, quru alça – 20 q, limon - 1/5 əd., zəfəran - 0,05 q, istiot – 0,1 q. Qoyun ətindən 25-30 qramlıq tikələr kəsilir, duz, istiot vurub soğanla qızardılır. Sonra azacıq bulyon, alça və zəfəran şirəsi qatılıb öz buğunda bişirilir. Paylıq tavada süfrəyə verilir, üstünə limon dilimi qoyulur.