Resept:Balıq buğlaması

Tərkibi

redaktə
  • Balıq (sezan, suf, xəşəm balığı) - 1,6 kq.
  • Kartof - 1 kq.
  • Alça qurusu - 200 qr.
  • Keşniş - 300 qr.
  • Yağ - 300 qr.
  • Narşərab - 100 qr.
  • Duz - zövqə görə.
  • İstiot - zövqə görə.

Hazırlanma qaydası

redaktə

Balıq təmizlənir, 100–120 qr–lıq tikələrə bölünür və yağda qızılı rəng alana qədər qızardılır. Kartof təmizlənir, uzununa 4–5 hissəyə bölünür və güclü odda yağ ilə qızardılır. Qazanın dibinə kartof layı düzülür, kartofun üzərinə bir lay balıq, balığın üzərinə isə keşniş və alça düzülür. Sonra bu bir də təkrar olunur. Beləliklə bir laydan qazanda 2 lay, cəmisi 6 lay olur (2 lay kartof, 2 lay balıq, 2 lay keşniş və alça). Düzülmüş layların üzərinə 1 stəkan qaynar su tökülür və 20-25 dəqiqə bağlı qabda bişirilir.

Süfrəyə verilməsi

redaktə

Süfrəyə narşərab ilə verilir.