Resept:Kütüm küküsü
Kütüm küküsü | ||
---|---|---|
Kateqoriya: | Azərbaycan mətbəxi | |
Porsiya: | 4 | |
Enerji qiyməti: | 1000 kkal. | |
vaxt: | 30 dəq. | |
Hazırlanma mürəkkəbliyi: | ||
Lazım olan ərzaqlar
redaktə- Hisə verilmiş kütüm - 200 q.
- Göy və ya baş soğan – 35 q.
- Keşniş – 15 q.
- Şüyüd – 10 q.
- yumurta – 2 ədəd.
- Ağ çörək içi – 30 q.
- Ərinmiş yağ – 30 q.
- İstiot – zövqə görə.
- Duz – zövqə görə.
Hazırlanma qaydası
redaktəHisə verilmiş kütüm balığı 10 dəq. suda bişirilir, dərisi və sümüyü çıxarılır. Göy soğan, keşniş və şüyüd yuyulur, xırda doğranır, yumurta, xırda kütüm tikələri, ağ çörək ovuntusu, duz və istiot əlavə edilib yaxşıca çalınır. Bəzən göy soğanı qızardılmış baş soğanla əvəz edirlər. Sonrası göyərti küküsü kimi hazırlanır.
Süfrəyə verilməsi
redaktəSüfrəyə verilən zaman paxlava şəklində doğranır, üstünə yağ tökülür.