Resept:Qozlu Ordubad dürməyi
(Qozlu Ordubad dürməyi səhifəsindən yönləndirilmişdir)
Tərkibi
redaktəƏla növ buğda unu - 400q, xama - 180q, kərə yağı - 120q, qoz ləpəsi - 220q, şəkər tozu - 180q, bal - 40q, darçın - 2q, yumurta - 1 əd.
Hazırlanma qaydası
redaktəXəmir hazırlamaq üçün kərə yağı xama ilə qarışdırılır, ələnmiş un töküb xəmir yoğrulur. İç hazırlamaq üçün qoz ləpəsi azacıq tavada qovrulur, ətçəkən maşından keçirilir, şəkər tozu, bal və ədviyyat qatılıb qarışdırılır. Xəmir 300 qramlıq paylara bölünüb 3-4 mm qalınlıqda yayılır. Yayılmış xəmir üzərinə hama lay şəklində 200 qram içlik qoyulur və xəmir bükülərək rulet formasına salınır. Üzərinə yumurta sarısı sürtülür, 190-200°S tempraturda 30-35 dəqiqə bişirilir. Bəzən xəmir maya ilə hazırlanır.