Resept:Lənkəran külçəsi
Tərkibi
redaktəXəmir üçün: 1-ci növ buğda unu – 460q, maya – 10q, şəkər – 70q, yumurta – 1 əd., xama – 32q, xaşxaş – 6q, kərə yağı – 50q, duz.
İç üçün: 1-ci növ buğda unu – 200q, şəkər kirşanı – 95q, kərə yağı – 100q, zəfəran – 0,2q.
Hazırlanma qaydası
redaktəUn, şəkər və xama ilə mayalı xəmir yoğrulur. İç hazırlamaq üçün kərə yağı, şəkər kirşanı və zəfəran şirəsi çalınır və un əlavə edilir. İç dağıla bilən kütlədən ibarət olur. Xəmir gəldikdən sonra onu yayır, üzərinə kərə yağı sürtülür, bir neçə dəfə əl ilə yayıb qatlayır və yumşaldılır. Xəmir 80 q çəkidə doğranır, 0,8-10 sm qalınlaqda kvadrat formada yayılır, üzərinə 30-32 qram iç qoyulur və qıraqları mərkəzə tərəf birləşdirilir. Sonra iki əl arasında basılmaqla yayılır və ona dairəvi forma verilir. 45-50 dəq. istirahətə qoyub üzərinə yumurta sürtülür, xaşxaş səpilir və 180-200 °S tempraturda 20-25 dəq.bişirilir.