Resept:Balıq dolması

Azərbaycan Milli Mətbəxi

Balıq (kütüm, sıf, ağ balıq) dolması

TərkibiRedaktə

  • Balıq əti – 150 qr.
  • Soğan – 15 qr.
  • Üzüm yarpağı.
  • Qatıq.
  • Keşniş.
  • Duz – zövgə görə.
  • İstiot – zövqə görə.

Hazırlanma qaydasıRedaktə

Balıq yaxşıca təmizləyib sümükdən ayrılır. Sonra ət maşınından çəkib, içinə duz, istiot, çəkılmiş soğan, keşniş əlavə edilir. Üzüm yarpaqlarının saplağlarını kəsib, qaynar suda pörtdədilir.

Yarpaq dolması kimi də bu üzüm yarpaqların içinə çəkilmiş balıq ətini qoyub, səliqəli büküb, qazana düzülür. Bundan əlavə balığın üzərinə onun sümüklərindən hazırlanmış balıq bulyonu da töküb bişirmək olar.

Süfrəyə verilməsiRedaktə

Dolma bişəndən sonra süfrəyə qatıqla da verilə bilər.

MənbəRedaktə