Resept:Soğan dolması
Soğan dolması | |||
---|---|---|---|
Kateqoriya: | Azərbaycan mətbəxi | ||
vaxt: | 1,5 saat | ||
Hazırlanma mürəkkəbliyi: | |||
Tərkibi
redaktə- 7 ədəd soğan (orta böyüklükdə);
- Yarım kq. çəkilmiş ət;
- 2 qaşıq tomat;
- 1 qaşıq bibər pastası;
- 2 stəkan düyü;
- İstiot, duz, kimyon, pul bibər;
- Yarım dəstə cəfəri;
- Yarım dəstə nanə;
- 1 ədəd pomidor;
- Kərə yağı;
- Narşərab.
Hazırlanma qaydası
redaktəSoğanlar soyulub 40-45 dəqiqə bişirilir. Həmin vaxt dolmanın içi hazırlanır. Bunun üçün narşərab və kərə yağından başqa yuxarıda sadalananların hamısı qarışdırılır. Bişmiş soğanların alt hissəsini kəsib içi qaşıqla boşaldılır. Hazırlanan qarışıq soğanların içərisinə doldurulur. Qazana düzülən hər dolmanın üzərinə bir qədər kərə yağı əlavə edildikdən sonra kəsilmiş hissə soğanın üstünə qoyulur. Qazana dolmaların üstünü örtəcək qədər su tökülür və bişirilir.
25 dəqiqə sonra dolma hazır olur.
Süfrəyə verilməsi
redaktəSüfrəyə narşərabla verilə bilər.