Resept:Ətli kömbə
Tərkibi
redaktəİçi üçün ərzaqlar
redaktə- Dana əti(çəkilmiş)–250 qr, ,
- soğan–1-2 ədəd,
- pomidor–2 ədəd,
- bolqar bibəri–3 ədəd,
- duru yağ–yarım stəkan,
- yumurta (üstünə çəkmək üçün)– 1 ədəd,
- duz- zövqə görə,
- istiot- zövqə görə.
Hazırlanma qaydası
redaktəƏvvəlcə yumşaq xəmir yoğrulur. Xəmir 2 yerə bölünür. Bir hissəsini tava böyüklüyündə açırıq. Üzərinə duru yağı çəkib dörd yerə qatlayırıq. Bir kənara qoyub gözləyirik. Eyni hərəkəti o biri xəmir üçün də edirik.Xəmirlər yağı özünə çəkənə qədər iç üçün lazım olan ərzaqları hazırlayırıq. Tavaya bir az yağ tökürük. Sonra çəkilmiş ət suyu çəkilənə qədər qovrulur. Doğranmış soğanları və bibərləri əlavə edib, onlardan 4-5 dəqiqə sonra qabıqlarını soyub doğradığımız pomidorları, duzu, istiotu da töküb 5-6 dəqidə qovururuq. Qazın üstündən götürüb kənarda bir az soyumasını gözləyirik.Tava yağlanır və qatladığımız xəmirin birini alıb tava böyüklüyündə əlimizlə və ya oxlava köməyilə acırıq, tavaya yerləşdiririk. Üstünə hazırladığımız içi yayırıq. Digər xəmiri də eyniylə açırıq və onu da üstə qoyuruq. Sonra yumurtanın sarısını bir az duru yağla çalırıq börəyin üstünə sürtürük. Bıçaqla dilimləyirik. 200 dərəcədə altı və üstü qızarana qədər bişiririk.