Resept:Təndirdə qızardılmış cücə

TərkibiRedaktə
- Cücə - 200q.
- Xama – 10q.
- Limon – 15q.
- Pomidor - 50q.
- Baş soğan – 30q.
- Keşniş – 25q.
- Cəfəri – 25q.
- İstiot – zövqə görə.
- Duz – zövqə görə.
Hazırlanma qaydasıRedaktə
Təmizlənmiş bütöv cücəyə duz, istiot vurulur və şişə taxılır. Səthinə xama sürtülür, təndirdə qızardılır. Hazır cücə boşqaba qoyulur və doğranmış pomidor, limon, baş soğan və göyərti ilə bəzədilir.