Resept:Qozlu borucuq
(Qozlu borucuq səhifəsindən yönləndirilmişdir)
Tərkibi
redaktəƏla növ buğda unu - 432q, xama - 200q, kərə yağı - 125q, qoz ləpəsi - 200q, şəkər tozu - 160q, bal - 40q, darçın - 2q, yumurta - 1ədəd.
Hazırlanma qaydası
redaktəXəmirin və için hazırlanması Ordubad dürməyində olduğu kimidir. Xəmir 40 qramlıq paylara bölünür və bunlar bir ucu digərindən bir qədər enli olan lentlərə yayılır. Xəmirin enli tərəfinin üstünə 30 qram içlik qoyulub lentin ucları bükülərək borucuq formasına salınır. Üzərinə yumurta sarısı sürtülür. 180-200 °S-də 20-30 dəq. bişirilir. Xəmiri çox vaxt maya ilə hazırlayırlar.