Resept:İçi doldurulmuş bibər turşusu
(İçi doldurulmuş bibər turşusu səhifəsindən yönləndirilmişdir)
Hazırlanma qaydasıRedaktə
Bunu hazırlamaq üçün şirin bolqar bibəri yuyulur, saplaq tərəfdən kəsilib tumu çıxarılır və 2-3 dəqiqəliyə isti suya salınır. Sudan çıxarılmış bibərin içi əvvəldə göstərilmiş qarışıq ilə doldurulur və cərgə ilə şüşə, ya da emallı qablara yığılır, aralarına duz tökülür və sirkə əlavə edilir.
Bibər üçün iç hazırlanmasıRedaktə
İç üçün sarımsaq, acı və şirin göy istiot, cəfəri, nanə, şüyüd, kərəviz götürülür, xırda-xırda doğranılır və duzlanılır.
MənbəRedaktə
- Evdarlıq, Azərbaycan dövlət nəşriyyatı. Bakı-1990. səh.241.