Resept:Nar qovurma
Sadə nar qovurma
redaktəƏrzaqlar
redaktə- nar - 3 ədəd
- yumurta - 2 ədəd
- baş soğan - 1 ədəd
Hazırlanma qaydası
redaktəNarı dənələyib soğanla qovurursan. duz - istiot vurulur. Üstünə yumurta çalınıb tökülür və bişirilir. Bunu həmçinin plovnan da yemək olar.
Ətli nar qovurma (I)
redaktəƏrzaqlar
redaktə- Qoyun əti – 330 q,
- ərinmiş yağ – 30 q,
- nar – 50 q,
- şabalıd – 180 q,
- baş soğan – 100 q,
- zəfəran – 0,05 q,
- keşniş və şüyüd – 15 q,
- istiot – 0,1 q, duz.
Hazırlanma qaydası
redaktəQoyun əti 60-70 qramlıq tikələrə doğranır, duz və istiot vurulub yağda qızardılmış soğan, təmizlənmiş şabalıd, bulyon və zəfəran şirəsi əlavə edib öz buğunda bişirilir. Hazır olmağa 5 dəq. qalmış nar dənələri və ya şirəsi əlavə olunur. Süfrəyə verildikdə üstünə göyərti səpilir.
Ərzaqlar
redaktəadambaşına
- 300 qr qoyun əti
- 30 qr ərinmiş yağ
- 50 qr təzə nar
- 10 qr şabalıd
- 1 baş soğan
- keşniş, zəfəran və tam üçün duz, istiot götürülür.
Hazırlanma qaydası
redaktəQoyun əti tikələrə doğranıb qızardılmış tavada yağ içində qızardılır. Sonra yağda qızardılmış soğan və duzlu suda bişirilib, qabığı soyulmuş şabalıd qatılır, bulyon və zəfəran şirəsi tökülür və qapağı kip örtülüb hazır olana qədər öz buğunda bişirilir. Hazır olmasına 5 dəq qalmış buna yetkin nar, yaxud nar şirəsi vurulur. Süfrəyə veriləndə üstünə narın doğranmış göyərti səpilir.
İstinadlar
redaktəXarici keçidlər
redaktə- http://ziyasahin.com/web/index.php?module=kitchen&name=narqov
- http://www.mct.gov.az/?/az/metbex/2142/122