Resept:Şəkərçörəyi
Şəkərçörəyi - Azərbaycan mətbəxinə aid şirniyyat növüdür.
Lazım olan məmulatlar
redaktəI variant
Əla növ buğda unu - 350q, ərinmiş yağ - 260q, şəkər kirşanı - 300q, yumurta - 1əd, vanilin - 3q.
II variant
500 qr əla növ un, 200 qr ərinmiş yağ, 300 qr şəkər tozu, 15 qr maya, 1 yumurta, 0,3 qr vanilin.
Hazırlanma qaydası
redaktəI variant
Ərinmiş yağ şəkər kirşanı ilə 25-30 dəq.çalınır, bu zaman ona az-az yumurta ağı əlavə edilir.Çalıntıya vanilin və ələnmiş un qatılır, xəmir yoğrulur. Həmin xəmirdən 60-70 qramlıq girdə kündələr hazırlanır, perqament kağızı sərilmiş listlərə düzülür, üzərinə yumurta sarısı çəkilib 175-180 °S istilikdə 25-30 dəq. bişirilir. Şəkərçörəyi soyuduqdan sonra üzərinə şəkər kirşanı səpilir.
II variant
Maya yumurta ağında əridilir, üzərinə ərinmiş yağ tökülərək bir qədər qarışdırılır, sonra şəkər tozu və vanilin əlavə edilib, 20 – 25 dəqiqə möhkəm çalınır. Daha sonra un əlavə edilir və möhkəm qarışıncayadək yoğrulur. Alınmış xəmir xırda – xırda kəsilib girdələnir və bir vərəqəyə düzülür. Sonra üzərinə yumurta sarısı çəkilib, fırında bişirilir.