Resept:Şəki külçəsi
Tərkibi
redaktə1-ci növ buğda unu - 750q, şəkər tozu - 65q, ərinmiş yağ - 150q, (və ya quyruq yağı), yumurta - 1 əd., maya - 15q, duz - 3q, ədviyyə qarışığı (keşniş toxumu - 2q, hil - 2q, zəncəfil - 2q, darçın - 2q, vanil - 1q, zəfəran - 1q) üstünə səpmək üçün xaşxaş.
Hazırlanma qaydası
redaktəUn ələnir,ona yağın və yumurtanın yarısı, şəkər, isti suda açılmış maya qatılıb bərk xəmir yotrulur. Xəmir gəlmək üçün 32-350 S temperaturda 1-1,5 saat saxlanılır. Ədviyyələr üyüdülüb yağın qalan hissəsi ilə qarışdırılır. Külçə xəmiri yetişdikdən sonra ondan 300-600 qramlıq kündələr hazırlanır. 0,5-0,7mm qalınlığında yayılır. Xəmirin üzərinə yağlı-ədviyyəli qarışıq sürtülüb dürmək kimi bükülür və yenidən 1,5 sm qalınlığında girdə formaya salınır. 25 dəqiqə istirahətə qoyulduqdan sonra üzünə yumurta sürtülür, xüsusi külçə forması ilə naxışlanırö çəngəllə deşdəklənir və xaşxaş səpilib 190-200 °S temperaturda 25-30 dəqiqə ərzində bişirilir.