Resept:Əvəlik aşı
Əvəlik aşı — Azərbaycanın milli xörəklərindən biridir. Ağbaba mahalında, Azərbaycanın bölgələrində və Türkiyənin Qars vilayətində yaşayan Azərbaycanlılar arasında məşhurdur.
Tərkibi
redaktə- əriştə
- əvəlik
- soğan
- lobya
- yağ
- istiot
- qatıq (qurut)
- sarımsaq
Hazırlanma qaydası
redaktəBir gün əvvəlcdən quru lobya bol suda isladılmaq üçün buraxılır. Soğan doğranır, yağda yüngül qızardılır. Bir gün əvvəlcədən islağa qoyulmuş lobyalar süzülüb yuyulur. Yağla soğana əlavə edilir və biraz su qoyularaq qaynadılır. Bu arada əvəlik doğranır və üzərinə qaynar su tökülür. Lobya bişdikdən sonra əvəlik əlavə edilir. Biraz qaynadıqdan sonra əriştə də əlavə edilir. Az qaynadılır. Yeməyin bişməsinə az qalmış duz əlavə edilir. Süfrəyə verilən zaman üzərinə istəyə bağlı olaraq istiot, sarımsaqlı və ya sarımsaqsız qatıq və ya qurut əlavə edilə bilər.