Resept:Alabalıq kababı
Alabalıq kababı - Alabalıqdan izqarada, manqalda və ya duxovkada hazırlanan kabab növü.
Tərkibi
redaktə- 4 ədəd alabalıq
- 2 diş sarımsaq
- 1 ədəd limon
- 2 çay qaşığı kəkotu
- 1 kofe fincanı maye yağ
- Duz
- İstiot
Hazırlanma qaydası
redaktəAlabalıqları təmizləyin və yuyun. Sonra artıq suları kağız dəsmalla qurulayın. Dərin bir qabda yağı, limon suyunu, kekotunu, istiotu, duzu və əzilmiş sarımsağı qarışdırın.
Balıqları bu qaba qoyun, və sosu suyu qurudulmuş balıqlara yedirdin. Sonra bunu soyuducuya qoyun. Soyuducunun içərisində də balıqları arada çevirin ki, sosu canına yaxşı çəksin. Ən az 1 saat gözlədin.
Sonra balığımızı duxovkanın izqara hissəsində, tökmə qalın tavada, elektrikli izqarada və ya qızğın alovsuz manqalda bişirin. Balığın bir üzü bişəndən sonra digər üzünü çevirin. Balıq bişərkən hər iki tərəfini də arada fırçayla yağlayın.
Sonra servis qabına alın və salat və yaxud göyərti ilə bəzəyin.