Resept:Böyrək kababı
Böyrək kababı - Azərbaycanın milli yeməyi.
Tərkibi
redaktəHər payına
- 250 q qoyun böyrəyi,
- 5 q kərə yağı,
- 30 q baş soğan,
- 10 q cəfəri,
- 3 q sumax,
- istiot
- duz
Hazırlanma qaydası
redaktəBurada qoyun böyrəklərinin pərdəsi soyulub soyuq suda yuyulur, sonra isə eninə tərəf hərəsi iki hissəyə bölünür, duzlanıb şişə taxılır və üstünə yağ sürtülərək manqalda kömür üzərində qızardılır. Buna qızardan vaxtda da arabir yağ sürtülür. Böyrək kababı süfrəyə veriləndə yanına halqavari doğranmış baş soğan qoyulub üstünə doğranmış göyərti səpilir və ayrıca da sumax və döyülmüş istiot verilir.
Qeyd: yay vaxtı böyrək kababının yanına şişdə qızardılmış pomidor qoyulur