Resept:Bakı qurabiyyəsi

Tərkibi

redaktə

Əla növ buğda unu - 583q, kərə yağı - 350q, şəkər kirşanı - 152q, yumurta ağı - 40q, iç üçün ərik püresi - 30q, şəkər tozu - 30q.

Hazırlanma qaydası

redaktə

Kərə yağı şəkər kirşanı ilə yaxşı qarışdırıldıqdan sonra ona yumurta ağı əlavə edib çalınır, ələnmiş un vurulur və yaxıntılı konsistensiyalı xəmir yoğrulur. Xəmir çobanyastığı, sübüqcuqlar və digər formada 25-28 q çəkidə listlərə çökdürülür. Çobanyastığı formalı qurabiyyələrin ortasında oyuqlar açılır və oraya meyvə püresi və şəkər tozundan hazırlanmış iç qoyulur. İçin miqdarı hər peçenye üçün 2-2,5 qramdır. Qurabiyyə 250-270 °S-də 9-10 dəqiqə bişirlir.

Xarici keçidlər

redaktə