Resept:Ballıbadı

Tulumba.

'Tulumba və ya bamiyə (fars. باميه‎) — Azərbaycan mətbəxinə, həmçinin Türkiyədə və Balkan ölkələrində aid şirniyyat növüdür.

Lazım olan məmulatlar

redaktə

Əla növ buğda unu - 527q, şəkər tozu - 235q, yumurta - 1 əd., bitki yağı - 120q, çay sodası - 0,5q, duz - 5q.

Hazırlanma qaydası

redaktə

Una çay sodası və qanar su əlavə edib dəşlənmiş xəmir yoğrulur və soyuduqdan sonra ona yumurta qatılır. Xəmir ətçəkən maşında keçirilir. Lakin ətçəkən maşina bıçaq yerinə 0,15 mm qalındılığında və ortasında 0,15 mm diametr ölçüdə xırda dişləri olan metal lövhəcik qoyulur. Ətçəkən maşından çıxan burma xəmir 7-8 sm uzunluqda bərabər hissələrə bölünür. Bamiyə bitki yağı frityurunda qızardılır, şəkər şərbətində hopturulur və quruduqdan sonra üstünə şəkər kirşanı səpilir.

Mənbə

redaktə